Millimizin üzvü “patı”dan ölüb?

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışov vəfat edib.

İdman1 dəq oxu
Millimizin üzvü “patı”dan ölüb?

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Mətbuat katibi Kənan Məstəliyev Unikal.org-a açıqlamasında idmançının ölüm səbəbi ilə bağlı məlumat əldə etmədiklərini bildirib.

O, Abışovun dünyasını dəyişməsi xəbərinə üzüldüklərini söyləyib: "Allahyar yaxşı idmançı olub. Bu xəbəri eşitmək çox üzücü oldu. Amma niyə və nədən vəfat etməsi barədə məlumatımız yoxdur, Bunu araşdırmağı, səbəblərini öyrənməyi heç doğru da saymamışıq. Bunun üçün müvafiq orqanlar var. Bu, onların işidir, lazım gəlsə, edəcəklər. Biz isə milli komandanın sabiq üzvünü itirdik. Əsas məqam budur. Allahyar Abışovun xatirəsini yad edir, Allahdan ona rəhmət diləyirik".

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan