Ronaldunun Bakıya gələcəyi tarix açıqlandı

İdman1 dəq oxu
Ronaldunun Bakıya gələcəyi tarix açıqlandı

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Portuqaliya yığmasının sentyabrda keçirəcəyi oyunlarının proqramı bəlli olub.

Unikal.org xəbər verir ki, Ronaldonun kapitanı olduğu komanda sentyabrın 6-da Bakıya gələcək və millimizlə qarşılaşma üçün son məşqinə çıxacaq. Bir gün sonra isə millimizlə qarşılaşma olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan