PSJ Mbappeni satmaqdan imtina etdi

İdman1 dəq oxu
PSJ Mbappeni satmaqdan imtina etdi

Fransanın "Pari Sen-Jermen" (PSJ) klubu İspaniyanın “Real Madrid” komandasının Kilian Mbappe ilə bağlı transfer təklifini rədd edib.

Məlumata görə, “madridlilər” hücumçu üçün 160 milyon avro ödəməyə hazır olublar. Klub rəhbərliyi Mbappenin transferinin köməyi ilə “Real Madrid”in imicini bərpa etmək niyyətindədir. Qeyd edilir ki, danışıqlara "Real"ın prezidenti Florentino Peres də cəlb olunub.

Avqustun 22-də “Real”ın avqustun 30-da Mbappenin transferi ilə bağlı təkliflə çıxış edəcəyi barədə məlumat yayılıb. AS agentliyinin mənbəyi bildirib ki, “Real Madrid” futbolçu üçün 130-170 milyon avro təklif edəcək.

“Transfermarkt.de” portalının versiyasına görə, 22 yaşlı Mbappe hazırda dünyanın ən bahalı futbolçusudur. Fransa yığmasının hücumçusunun qiyməti 160 milyon avro qiymətləndirilir. O 2022-ci ilin yayında azad agent olacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan