Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib.
Oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar.
Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-2020 Paralimpiya Oyunları sentyabrın 5-ə qədər davam edəcək.







