"Bursaspor" azarkeşləri Namik Ələskərovun oynamamasına etiraz edib

Türkiyənin "Bursaspor" klubunun azarkeşləri Namik Ələskərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.
Gent.az xəbər verir ki, fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.
"Timsahlar"ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib.
Qeyd edək ki, Namik Ələskərov yığmanın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində meydana daxil olub. O, İrlandiya ilə 1:1 heç-heçə etdikləri və Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmaya start heyətdə başlayıb.






