UFC-li qızdan məşhur idmançıya cavab
Dağıstan əsilli rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov bir neçə gün əvvəl verdiyi açıqlaması ilə diqqətləri çəkmişdi.

İdmançı döyüşlər zamanı əllərində tablo rinqə daxil olan qızları sərt tənqid edərək, onları "işəyaramaz" adlandırmışdı.
Gent.az xəbər verir ki, Həbib onları həmçinin açıq-saçıq geyimdə rinqə girməsinə görə də qınayıb.
Nurməhəmmədova cavab isə gecikməyib. Belə ki, UFC-nin tanınmış simalarından olan Sara Baverli döyüşçünün bu fikirlərini absudr adlandırıb:
"Həbibin yarıçılpaq qızların rinqə daxil olmasını pisləməsi və bizi "işəyaramaz" adlandırması absurddur. Biz döyüşün ortasında yox, raundlararası fasilədə rinqə daxil oluruq və idmançıların diqqətini dağıtmırıq. Mən bu işi sevirəm və hər zaman da zövqlə davam etdirəcəyəm".









