Ronaldo 800-ü tamamladı

“Mançester Yunayted”in İngiltərə Premyer Liqasının XIV turunda “Arsenal” üzərində 3:2 hesablı qələbə qazanmasında Kriştiano Ronaldo mühüm rol oynayıb.
Apasport.az saytının məlumatına görə, “Old Trafford”dakı qarşılaşma portuqaliyalı forvard üçün əlamətdar olub.
Dubla imza atan 36 yaşlı superulduz karyerasında 800-cü qolunu vurub. O, bu toplardan 129-na “qırmızı şeytanlar”ın heyətində imza atıb. CR7 həmçinin “Sportinq”də 5, “Real”da 450, “Yuventus”da 101, Portuqaliya millisində isə 115 qolun müəllifi olub. Forvard buna 1097 oyunda nail olub.







