Mikayıl Cabbarov federasiya prezidenti seçildi
Azərbaycan Güləş Federasiyasında (AWF) hesabat-seçki konfransı keçirilib.

Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Gent.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.
Qeyd edək ki, Namiq Əliyev 2018-ci ilin oktyabrından prezident əvəzi kimi çalışıb.







