Mahir Emreli Bakıya gəldi

İdman1 dəq oxu
Mahir Emreli Bakıya gəldi

"Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

Hücumçu bu barədə “Instagram” hesabından paylaşım edib.

Axşam saatlarında Bakıya çatan Emreli hava limanından paylaşdığı posta "family coming first" (ailə birinci gəlir)  sözlərini yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib.

Başından xəsarət alan Mahir Emreli bu hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşava təmsilçisindən ayrılacağı gözlənilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan