UEFA "Marsel" komandasına intizam işi açdı
UEFA dünən Konfrans Liqasında “Qarabağ”la oyundan sonra Fransa “Marsel”inə qarşı intizam işi açıb.

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ”la oyunundan (3:1) sonra “Marsel”ə qarşı intizam işi açılıb.
Gent.az xəbər verir ki, buna səbəb tribunalarda qadağan olunmuş bannerin (bayrağın) görünməsi, azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi olub.
Xatırladaq ki, “Qarabağ”la “Marsel” arasında cavab görüşü fevralın 24-də Bakıda keçiriləcək.







