UEFA Qurban Qurbanova təşəkkür etdi

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra maraqlı anlar yaşanıb.

İdman1 dəq oxu
UEFA Qurban Qurbanova təşəkkür etdi

UEFA-dan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun dünənki oyundakı jestinə reaksiya gəlib.

Gent.az xəbər verir ki, UEFA-nın baş katibinin müavini Corco Markettinin dünən Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Fransa "Marsel"i ilə keçirilən görüşdə (0:3, ümumi hesab 1:6) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun şəninə xoş sözlər söyləyib.

Markettinin 50 yaşlı mütəxəssisin jesti haqda dediyi sözləri diqqətinizə çatdırırıq:

"Biz adətən gözəl qolları və futbolçuların oyundakı texnikalı hərəkətlərini alqışlayırıq. Ancaq bu gün təqdir etmək istədiyim daha dəyərli bir şey var. "Qarabağ"ın idman adına etdiyi jest və ədalətli oyunu əllə vurulan qolu qeydə alan hakimin səhvini görməyinə səbəb oldu. Əla, cənablar! Turnirdə çıxışınız əla idi. Ədalətli oyununuz isə sizə daha böyük alqışlar qazandırdı".

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan