UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublara ödəniş edib.

İdman1 dəq oxu
UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib.

Gent.az xəbər verir ki, Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Qarabağ"a 157337 avro, "Sabah"a 106111 avro, "Sumqayıt"a 98793 avro, "Şamaxı"ya 73180 avro, "Neftçi"yə 58544 avro, "Zirə"yə 21954 avro, "Səbail"ə isə 3659 avro ödənilib.

Beləliklə, 7 kluba ümumilikdə 519578 avro ödəniş edilib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan