Nəriman Abbasovdan növbəti qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

İdman1 dəq oxu
Nəriman Abbasovdan növbəti qələbə

29 yaşlı MMA idmançısı “Naiza Fighting Championship” turnirində fərqlənib.

Gent.az xəbər verir ki, o, Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə qüvvəsini sınayıb. Nəriman “Naiza Fighting Championship 50” çərçivəsində mübarizə aparıb.

Döyüşçümüz Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, Nərimanın peşəkar karyerasında 29-cu qələbədir. O, buna 33 döyüşdə nail olub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan