Bir paylaşımının qiyməti milyon dollardan çoxdur

"Yuventus" klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo yaşıl maydanlardan kənarda da xeyli sərvət qazanır.
Gent.az xəbər verir ki, 36 yaşlı hücumçunun təkcə "instagram"da etdiyi bir paylaşımın qiyməti 1 milyon 250 min dollar dəyərindədir.
Bu platformada Ronaldonu 263 milyon nəfər izləyir.
Kriştianonun sosial şəbəkələrdə izləyənlərin ümumi sayı isə 500 milyon nəfərdir ki, bu da hazırda əlçatmaz rekorddur.







