Elmar Baxşıyev istefa verdi

İdman1 dəq oxu
Elmar Baxşıyev istefa verdi

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Gent.az  xəbər verir ki, bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb

"Qırmızı-qaralar"ın rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, fevralın 23-də Misli Premyer Liqasında XXIV turun oyunları start götürüb. Turun açılış günündə "Kəpəz" "Qəbələ"yə qalib gəlib. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan