Cənubi Afrikanın “Kaizer Chiefs” komandasının 24 yaşlı futbolçusu faciəvi şəraitdə dünyasını dəyişib.
Gent.az xarici KİV-ə istinadla bildirir ki, Cənubi afrikalı jurnalist Lorenz Köler “Kaizer Chiefs”in müdafiəçisi Luke Flers-un öldüyünü deyib. Kölerin dediyinə görə, Flers qaçıraraq güllələyib öldürüblər.
Oğurluq və qətl Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqda baş verib.
Bu barədə cümə axşamı səhər Flersin klubu rəsmi açıqlama yayıb.
Mərhum futbolçu, mərkəz müdafiəçisi kimi çıxış edib və ötən ilin oktyabrında “Kaizer Chiefs”ə qoşulub.