“Əl-Hilal”ın hücumçusu Neymar karyerasında bir milyard dollar qazanıb.
Gent.az bildirir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı braziliyalı peşəkar karyerasına başlayandan 933,2 milyon avro (1,01 milyard dollar) qazanıb. Bu məbləğə maaşlar, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir.
Beləliklə, Neymar karyerasında 1 milyard dollar qazanmağı bacaran onuncu idmançı olub.
Milyarder idmançıların siyahısı
1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard dollar;
2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard dollar;
3. Kriştiano Ronaldo (Portuqaliya, futbol) - 1,57 milyard dollar;
4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard dollar;
5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard dollar;
6. Rocer Federer (İsveçrə, tennis) - 1,17 milyard dollar;
7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard dollar;
8. Devid Bekhem (Böyük Britaniya, futbol) - 1,13 milyard dollar;
9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard dollar;
10. Neymar (Braziliya, futbol) - 1,01 milyard dollar.