Futbolçu arvadına qarşı zorakılıqda ittiham olunur

İdman1 dəq oxu
Futbolçu arvadına qarşı zorakılıqda ittiham olunur

“Qoritsa” klubunun təcrübəli hücumçusu Tim Matavj həyat yoldaşı Polona Faqanelə qarşı məişət zorakılığında ittiham olunur.

Gent.az xarici mediaya istinadla bildirir ki, qadın xüsusilə, sloveniyalı forvardı aprelin 9-da Sloveniyadakı evlərində ona fiziki hücumda, təhdid və təhqirlərdə ittiham edib.

Matavjın məişət zorakılığında ittiham edildiyini nəzərə alsaq, Sloveniya qanunlarına görə, onu 5 ilə qədər həbs gözləyir

Vəkil bu işlə bağlı açıqlama vermək istəməsə də, futbolçu ilə həyat yoldaşı Polona arasında boşanma prosesinin davam etdiyini bildirib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan