"Real"ın Mbappeni təqdim etmək istədiyi tarix AÇIQLANDI

"Real"ın Kilian Mbappenin "Santyaqo Bernabeu"da təqdimat mərasimini nə vaxt keçirəcəyi məlum olub.
Gent.az bildirir ki, “Marca”nın xəbərinə görə, Madrid klubu bunu Avropa çempionatı başlamazdan əvvəl etməyi və yeni gələn futbolçunu iyunun 3-dən 9-dək azarkeşlərə təqdim etməyi planlaşdırır.
Qeyd olunur ki, hücumçunun parislilərlə müqaviləsi yalnız iyunun 30-da başa çatdığından "Real" PSJ-dən icazə almalıdır.
“Real” Mbappenin transferini hələ rəsmi açıqlamayıb.






