"Borussiya" artıq çəkiyə görə futbolçunu satmaq istəyir

İdman1 dəq oxu
"Borussiya" artıq çəkiyə görə futbolçunu satmaq istəyir

Çempionlar Liqasının finalçısı Dortmund "Borussiya"sı artıq çəkiyə görə alman oyunçu Niklas Suleni satmaq istəyib.

Gent.az  xarici mediaya istinadla bildirir ki, qeyri-rəsmi məlumatlara görə, futbolçunun hazırkı çəkisi təxminən 100 kiloqramdır. "Borussiya" rəhbərliyi almaniyalını klubda yalnız ciddi pəhriz saxlaması şərti ilə saxlamağa hazırdır.

Sulenin "Borussiya" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Müqaviləyə əsasən, 28 yaşlı müdafiəçi ildə 11 milyon avro qazanır. O, "Bavariya"dan Dortmund klubuna keçib və burada da artıq çəkiyə görə narazılıqla üzləşib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan