77-ci Kann Film Festivalının münsiflər heyəti 2024-cü ilin qaliblərinin adlarını açıqlayıb.
Gent.az -ın məlumatına görə, baş mükafata rejissor Şon Beykerin yeni filmi - “Anora” layiq görülüb.
Bu, amerikalı striptizçi, onunla evlənən rus oliqarxın oğlu və bu oliqarxın nəyin bahasına olursa-olsun evliliyə son qoymağa çalışan əlaltıları haqqındakı hekayədir.
Ən yaxşı kişi rolu Jesse Plemons ("Xeyirxahlıq", rejissor Yorgos Lanthimos) oldu. Ən yaxşı aktrisa nominasiyasında mükafat Jak Audiardın “Emiliya Perez” musiqili-kriminal dramının bütün heyətinə – Selena Qomez, Zoe Saldana, Adriana Paz və Karla Qaskona verilib.
Migel Qomes (“Böyük Səyahət”) ən yaxşı rejissor seçildi, ən yaxşı ssenari mükafatı isə Korali Farqın “Maddə” filminə verildi.
Festivalın Qran-Pri mükafatını hind rejissoru Payal Kapadianın çəkdiyi “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb.