“Real Madrid” Andrey Luninin yerinə qapıçı tapıb.
Gent.az xarici mediaya istinadla bildirir ki, kral klubu “Espanyol”un 23 yaşlı qapıçısı Joan Qarsiyanı əvəzedici kimi görür.
Daha əvvəl mediada Çempionlar Liqasının finalında Dortmund "Borussiya"sı ilə oyundan sonra baş məşqçi Karlo Ançelotti ilə qapıçı arasında narazılıq yarandığı barədə məlumat yayılıb. Bu səbəbdən onun “Real”ı tərk edəcəyi ehtimal olunur.