“Barselona” Avropa çempionu ilə anlaşıb

İdman1 dəq oxu
“Barselona” Avropa çempionu ilə anlaşıb

İspaniya millisində Avropa çempionu olan Niko Uilliams “Atletik”dən (Bilbao) ayrıla bilər.

Apasport.az "sport.es"ə istinadla xəbər verir ki, futbolçu Avropanın böyük klublarının hədəfindədi. Konkret olaraq “Barselona” 22 yaşlı vingerin xidmətlərində maraqlıdı.

Kataloniya klubu ona 5 illik müqavilə təklif edib.

Qeyd edək ki, bu mövsüm Avropa çempionatının finalında İngiltərə yığmasının qapısına yol tapmağı bacaran N.Uilyams matçın ən yaxşısı seçilib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan