Hidayət Heydərov Olimpiya çempionu oldu!

İdman1 dəq oxu
Hidayət Heydərov Olimpiya çempionu oldu!

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Gent.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan