Londonun “Arsenal” klubu “Real Sosyedad” və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merinosu 30 milyon avro + bonuslar qarşılığında transfer etmək üçün müqaviləni tamamlamağa yaxındır.
Gent.az xarici mediaya istinadla bildirir ki, “topçular”la Merinos arasında şifahi razılıq əldə olunub. Klublar arasında danışıqların davam etdiyi bildirilir.
Ötən mövsüm yarımmüdafiəçi klub və milli komandanın heyətində bütün turnirlərdə 58 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur
İspaniya millisinin tərkibində Merinos 2024-cü ildə Avropa çempionu olub.