Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandasının adına aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, vinger Almaniyada oynamaq fikrini qətiləşdirib.
O, Almaniya ikinci Bundesliqasında yarışan “Nürnberq”lə anlaşıb. Mahir müqavilə imzalamaq üçün Almaniyaya uçub.
Müqavilə imzalandıqdan sonra Emreli yüngül məşqlər yerinə yetirib, bu həftə isə komandanın məşqlərinə qoşulacaq.
Qeyd edək ki, Mahir Emreli son olaraq "Dinamo"(Zaqreb) klubunun formasını geyinmişdi.