"Qalatasaray"ın hücumçusu Vilfrid Zaha karyerasını bu mövsümün sonuna kimi icarə əsasında "Lion"da davam etdirəcək.
Gent.az xarici mediaya istinadla xəbər verir ki, müqavilənin 3 milyon avro dəyərində olduğu bildirilir.
Forvard 2023-cü ildə “Qalatasaray”a keçib, Türkiyə klubunun heyətində ümumilikdə 43 oyuna çıxıb, 10 qol vurub və keçən may ayında Türkiyə liqasının qalibi olub.
Bundan əvvəl Zaha İngiltərənin "Kristal Pelas", "Kardiff Siti" və "Mançester Yunayted" kimi klublarında çıxış edib.