Messi karyerasını bu komandada başa vuracaq

İdman1 dəq oxu
Messi karyerasını bu komandada başa vuracaq

37 yaşlı dünya çempionu Argentina millisinin hücumçusu Lionel Messi "İnter Mayami" ilə müqaviləsini yeniləməyəcək. 

Gent.az-ın xarici mediaya istinadən məlumatına görə, onun Amerika klubu ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

“El Nacional” yazır ki, Messi futbolda ilk ciddi addımlarını atdığı Argentinalı "Nyuells Old Boyz"a qayıtmaq niyyətindədir. O, karyerasını elə burada da başa vuracaq.

Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib, burada 32 oyun keçirib, 27 qol vurub və 17 məhsuldar ötürmə verib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan