Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
Gent.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxıb.
“Köhlən atlar” İsveç “Malmö”sü ilə üz-üzə gəliblər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Çempionumuz erkən qol vursa da, qonaqlar iki dəfə fərqləniblər.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 24-də Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.