Poqba Ronaldonun komanda yoldaşı olacaq

İdman1 dəq oxu
Poqba Ronaldonun komanda yoldaşı olacaq

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Turin "Yuventus"unun yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək imkanını nəzərdən keçirir.

Gent.az -ın xarici mediaya istinadla məlumatına görə, klub futbolçuya sərfəli təklif etməyə hazırdır. Ulduz yarımmüdafiəçi üçün “Los-Anceles” və “Marsel” də mübarizə aparır.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq testindən müsbət keçib. Fevralın 29-da antidopinq məhkəməsi futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib

Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti verib. Oktyabrın 7-də İdman Arbitraj Məhkəməsi (CAS) fransız yarımmüdafiəçinin cəzasını 18 aya endirdiyini açıqlayıb. Beləliklə, o, 2025-ci ilin martında rəsmi oyunlara qayıda biləcək.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan