Xabi Alonso "Real"ın baş məşqçisi olacaq

İdman1 dəq oxu
Xabi Alonso "Real"ın baş məşqçisi olacaq

“Bayer Leverkuzen” klubunun hazırkı baş məşqçisi Xabi Alonsonun cari mövsümün sonunda “Real Madrid”ə rəhbərlik edəcəyi gözlənilir.

Gent.az  xarici mediaya istinadla xəbər verir ki, İspaniya La Liqasının 11-ci turunda “Real”ın “Barselona”ya 0:4 hesabı ilə uduzmasından sonra “Kral Klubunun” ispan çalışdırıcıya marağı artıb.

Buna baxmayaraq, Los Blancos rəhbərliyi hazırkı baş məşqçi Karlo Ançelottiyə hörmət göstərməyə çalışır. Ona görə də italiyalı mütəxəssis postundan imtina etsə, ona başqa rol təklif olunacaq. O, “Real Madrid”də səfir və ya baş məsləhətçi ola bilər.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan