"İnter Mayami"nin və Argentina yığmasının hücumçusu Lionel Messi 2026-cı ildə dünya çempionatı başlamazdan əvvəl "Barselona"ya qayıda bilər.
Gent.az -ın xarici mediaya istinadla xəbərinə görə, hücumçunun MLS klubu ilə müqaviləsi 2025-ci il dekabrın 31-də başa çatır və bu zaman onun 39 yaşı tamam olacaq. Bundan sonra Messi dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün Mayamidən ayrılıb azad agent kimi “Barselona”ya gedə bilər.
Bu variantı şəxsən Kataloniya klubunun prezidenti Joan Laportanın müsbət qarşıladığı iddia edilir.
Messi "Barselona"nın yetirməsidir və 2004-2021-ci illərdə bu komandanın şərəfini qoruyub. O, klubda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Kataloniya klubunda argentinalı 10 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub.