"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ilk dəfə zorlama şübhələrindən ətraflı danışıb.
Gent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun sözlərinə görə, onun təcavüzkar ola biləcəyi ilə bağlı şayiələr tamamilə cəfəngiyyatdır.
"Məni maraqlandırmır. Təəccübləndim. Mən həmişə belə şeyə təəccüblənirəm. Belə şeylərin olacağını gözləmirsən. Mənə heç bir çağırış vərəqəsi gəlməyib, mən də hər kəs kimi oxumuşam. İsveç hakimiyyəti heç nə deməyib.
Mən əsəbiləşmirəm. Bu sadəcə cəfəngiyyatdır. Bunun mənə dəxli yoxdur, çünki heç vaxt buna görə əsəbləşməmişəm. Ətrafda çox səs-küy var, amma mən həmişə futbola fokuslanmağı düşünürəm, görək bu hekayənin sonu necə olacaq. Gizlətməyəcəyəm, məni məhkəməyə çağırsalar, ora gedəcəyəm.
Beş gün istirahətim olub və istirahət etmək qərarına gəldim. Ançelotti mənə daha az ictimai yerə getməyi məsləhət gördü. Hər şey yaxşı gedirdi, mən sakit idim. Həmin şəkil restorandan çıxarkən ortaya çıxdı. Mənimlə görüşməyə hazır çoxlu insan, çoxlu jurnalist var idi”, - Mbappe bildirib.
Qeyd edək ki, oktyabr ayında naməlum qadın Stokholm otellərindən birində zorlama barədə məlumat verib və Kilianı günahkar kimi göstərib.