"Barselona" Reşfordu bu şərtlə almaq istəyir

İdman1 dəq oxu
"Barselona" Reşfordu bu şərtlə almaq istəyir

Kataloniya "Barselona"sı maaşında azalma şərti ilə "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu transfer edə bilər.

Gent.az  xəbər verir ki, bu barədə İspaniyanın “Sport.es” nəşri məlumat yayıb.

Məlumata görə, Kataloniya klubunun rəhbərliyi maaşı iki dəfə azaldılacağı təqdirdə ingilis futbolçuya müqavilə təklif etməyə hazırdır. Qeyd edək ki, "Barselona" hələlik bununla bağlı aktiv hərəkətə keçməyib.

Xatırladaq ki, “qırmızı şeytanlar” hücumçunu artıq bu qış transfer pəncərəsində satmaq istəyir. Maraqlıdır ki, Reşford son üç oyunda “Mançester Yunayted”in heyətində yer almayıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan