Braziliyalı hücumçu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqaviləsini pozduğuna görə haqqı olan 40 milyon avrodan imtina edib.
Gent.az xəbər verir ki, Neymar hazırda Braziliyaya yollanır və onun tezliklə “Santos” ilə müqavilə imzalayacağı gözlənilir. Qeyd olunub ki, hücumçu Braziliya klubu ilə 2026-cı il dünya çempionatına qədər uzadılması ehtimalı ilə 5 aylıq müqavilə imzalayacaq.
Bu mövsüm Neymar "Əl-Hilal"ın heyətində bütün turnirlərdə iki oyun keçirib, lakin effektli olmayıb. Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.