Taysonu zorlamada ittiham edən qadın iddiasını geri götürdü

İdman1 dəq oxu
Taysonu zorlamada ittiham edən qadın iddiasını geri götürdü

Boks üzrə keçmiş mütləq dünya çempionu amerikalı Mayk Taysonu zorlamaqda ittiham edən qadın iddiasını geri götürüb.

Gent.az -ın xarici mediaya istinadla məlumatına görə, ittiham tərəfi könüllü olaraq işə xitam verilməsini istəyib. Bundan əvvəl qarşı tərəf Taysonun 1991-ci ildə ABŞ-ın Albany şəhərində öz limuzinində bir qadına təcavüz etdiyini bildirib.

Tayson 1992-ci ildə təcavüzə görə 6 il həbs cəzasına məhkum edilib. Boksçu onu ittiham edən qadınla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia edib. Üç il barmaqlıqlar arxasında yatdıqdan sonra 1995-ci ildə azadlığa buraxılıb.

Tayson 1987-1990-cı illərdə şəksiz ağır çəkidə dünya çempionu olub. Onun peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan