Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI

İdman1 dəq oxu
Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI

Meydandakı əsas mövqelərə görə müxtəlif reytinqlərə bölünən planetin 100 ən yaxşı futbolçusunun siyahısı tərtib edilib. 

Gent .az  bildirir ki, ESPN-in məlumatına görə, fransalı Kilian Mbappe hazırda dünyanın ən yaxşı mərkəz hücumçusu kimi tanınıb. “Real”ın hücumçusu bu nominasiyada Robert Levandovski (“Barselona”) və Harri Keyni (“Bavariya”) qabaqlayıb.

Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI — şəkil 1

Mbappenin komanda yoldaşı britaniyalı Cud Bellinqem dünyanın ən yaxşı hücumameyilli yarımmüdafiəçisi seçilib, onu Florian Virts (“Bayer”) və Camal Musiala (“Bavariya”) tutub. 

Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI — şəkil 2

Premyer Liqanın ötən mövsümün bombardiri, "Liverpul"un futbolçusu Məhəmməd Salah "Barselona"nın iki futbolçusu Lamin Yamal və Rafinyanı qabaqlayaraq, ən yaxşı cinah oyunçuları siyahısına başçılıq edir.

Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI — şəkil 3

Dünyanın ən yaxşı müdafiəçiləri kateqoriyasına mərakeşli Əşrəf Hakimi (PSJ) başçılıq edir, ondan sonra Trent Aleksander-Arnold (“Real”) və Jyul Kunde (“Barselona”) gəlir. 

"Dünyanın ən yaxşı mərkəzi yarımmüdafiəçisi" kateqoriyasında mükafat Deklan Rays (“Arsenal”) və Federiko Valverdeni (“Real”) ötmüş Pedriyə (“Barselona”) verilir.

Hazırda dünyanın 100 ən yaxşı futbolçusunun adı AÇIQLANDI — şəkil 4

"Real"ın belçikalı qapıçısı Tibo Kurtua dünyanın ən yaxşı qapıçısı seçilib. O, həmkarları Alisson (“Liverpul”) və Canluici Donnarummanı (PSJ) geridə qoyub. 

Ən yaxşı futbolçuların siyahısı ilə yanaşı, planetin ən bahalı futbolçusu da məlum olub ki, o, 402,3 milyon avro dəyərində “Barselona”nın 17 yaşlı cinah oyunçusu Lamin Yamaldır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan