Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsində ilk oyununa çıxacaq

İdman1 dəq oxu
Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsində ilk oyununa çıxacaq

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq.

Gent.az xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan