Milyonçu Bodo Şeffer iddia edir ki, var-dövlət insana doğulduğu andan bəxş edilir, lakin bəziləri onu görmür və ya istifadə edə bilmir.
O, varlanmaq üçün öz təcrübəsi və tövsiyyələri ilə bölüşür:
1. Çalış gəlirinin 25-50%-ni başqa hesabda və ya əskinaz şəklində saxla. Bu pulları sonra sərmayə kimi istifadə etmək olar. Bank depoziti yalnız qəpik-quruş gətirəcək.
2. Qənaətcil ol. Əgər qənaət edə və uğurlu sərmayə edə bilirsənsə bir neçə ilə var-dövlətin sahibi olmaq olar. Bədxərclik varlılığıa aparmır.
3. Pulu sev və qoru. Bu demək deyil ki, sən hər şeydən imtina etməlisən, lakin hər şeyi ifrata varmamdan et.
4. Gələcək 5-7, hətta 10 il üçün maliyyə planı hazırla. İstənilən müddətdən sonra nə qədər qazanmaq istədiyini qeyd et. Bunun üçün nə etmək lazım olduğunu planlaşdır.
https://www.menslife.com/upload/images/2018/march/kak-razbogatet-sovety-millionera-bodo-sheffera2.jpg
5. Planlar kiçik olmamalıdır. Onlar iri və strateji olmalıdır. Milyardlar və maliyyə uğuru barədə düşün. Böyük istəyi bir neçə kiçik məqsədlərə bölmək olar. Onlar əsas arzuya aparan yolda mərhələli olaraq qazanılmalıdır.
6. Varlı insanlar kimi düşün və onların prinsiplərinə yiyələn.
7. Öz gücünə və uğuruna əmin ol. Pul özündən əmin olan insanın əlinə qaçır. Elə cəmiyyət də. İşlər yaxşı getmədikdə belə özünə inamını itirmə.
8. Problemlərlə qarşılaşmaqdan qorxma. Əsas məqsədləri dəf edərkən tez-tez onlara rast gəlirsən. Problemləri və qüsurları həll etdikcə sən daha güclü olursan.
9. Yıxılandan sonra ayağa qalxdıqda sən güclənirsən. Bu fikrin dərin mənası var.
10. Maliyyə müvəffəqiyyəti maliyyə məhdudittətləri və xərclərin planlaşdırılması olmadan olmaz.
https://www.menslife.com/upload/images/2018/march/kak-razbogatet-sovety-millionera-bodo-sheffera4.jpg
11. Əgər sən bir işi planlaşdırıb 72 saat ərzində etmədinsə, o iş 85% həyata keçirilməyəcək.
12. Varlı olacağına inan.
13. 20% güc sərf etmək 80% nəticə verir, 80% güc sərf etmək isə - 20%.
14. Hər kəsin varlı olmağa haqqı var.
15. Sağlamlığını qoru, o uğur əldə etməkdə köməkçin olacaq. Həmçinin sağlam olmadan var-dövlətdən ləzzət ala bilməzsən.
16. Özünə inan və pozitiv ol. Bu maliyyə uğurunun əsas prinsiplərindən biridir.
17. Heç olmasa yarım il yaşamaq üçün maliyyə ehtiyyatın olmalıdır. Çünki həmişə işdən azad edilmə, müflis olma və ya əmək qabiliyyətini itirmə riski ilə üz-üzəsən.
18. Yaxşı qazanmaq üçün yaxşı biliklər əldə etmək lazımdır. Həmişə yeni bir şey öyrən, dünyagörünüşünü genişləndir.
19. Yaddan çıxartma ki, biz kapitalizm dövründə yaşayırıq - bu isə yalnız güclülərin sağ qaldığı timsah gölüdür.
20. Kapital xərclədiyin yox, qazanıb yığa bildiyindir.
21. Düşünürsən ki, sənə lazım olandan az maaş verirlər? Amma heç nəyi dəyişmirsən. Deməli sənin qiymətin elə o qədərdir. Əgər nədənsə narazısansa gəlirinin çoxalmasına mane olan işini, həyat tərzini və ya xüsusiyyətini dəyişdir.