Ofisdə əsas adam olmaq üçün taktikalar

İşgüzaran2 dəq oxu
Ofisdə əsas adam olmaq üçün taktikalar

Məşhur gənc sehrbazdan əlli il əvvəl başqa bir Potter kitab dünyasını silkələyirdi. Stefan Potterin fərdi inkişaf kitabları bütün dünyada satılırdı. Kitablar müharibədən sonra kişilərə həyatda uğur qazanmaq üçün bir şablon, idmanda, işdə və sevgidə daha yaxşı olmağın yolunu təklif edirdi. O zaman ofisdəki rəqiblərinizi məğlub etməyə yönəlmiş bu kitablar zaman dəyişdiyinə görə artıq faydalı deyil. Bu məqaləmizdə günün tələblərinə uyğun cari ofis tövsiyələrini təqdim edirik:

Texnika

Ofisdə üstünlük əldə etmək rəqibinizi hazırlıqsız tutmaq və qarşınızdakının ağlını qarışdırmaqla bağlıdır. Bu nöqtədə telefon seçimi ən vacib maddələrdən biridir. Çünki bu cihazlar gücünüzün göstəricisidir. Üstünüzdə tək bir telefon daşıyırsınızsa, “Heç kimin hər istəyini yerinə yetirə bilmərəm” imicini yaradırsınız.

Əgər iş telefonunuzu ayrı istifadə edirsinizsə, daha sadə seçim edin. İş telefonunuzu təcili vəziyyətlər üçün həmişə yanınızda saxlayın.

İlk saat

Bir çoxumuz günün ilk saatlarında e-poçtlara, zənglərə baxmağı unuduruq, işimizə fokuslanmırıq, halbuki işə gəldiyinizdən etibarən ilk 60 dəqiqə sizin ən məhsuldar vaxtınızdır. Günortaya qədər iş yoldaşlarınızla əlaqəni kəsib işləri bitirmək onlarda maraq yaradacaq. Günün geri qalanında öz məsuliyyətinizi dərk edib işləri nəzarətdə saxlayaraq onlarla ünsiyyət qura bilərsiniz.

Fərqindəlilik

İstedadlı bir kişi çox yaxşı bilir ki, səkkiz saat kifayət qədər uzun bir müddətdir və bu müddət ərzində fasiləsiz bir masada oturaraq məhsuldar olmaq mümkün deyil. Buna görə, ofis xaricində 20 dəqiqəlik gəzintiyə çıxın. Biri sizi sorğu-suala tutsa, ona bunun fərqindəlilik metodu olduğunu söyləyin. Fərqli bir ərazidə vaxt keçirmək beyni təmizləyir və qarşıdakı işə yenidən diqqət ayırmağa imkan yaradır. Fərqindəlilik, bir digər adı ilə şüur metodu Bill Ford Jr.-dən Rupert Murdoça qədər məşhur karyera insanları üçün əsas termindir.

İclaslar

Məşhur ingilis jurnalist Uilyam Riz-Moq ona bəzi hadisələri yalnış oxuduğu xatırladıldıqda “Mənim işim doğru olmaq deyil, maraqlı olmaqdır”,- deyə cavab verdi. Hər hansı bir iclasa girərkən bu ifadəni xatırlayın. Görüşlərinizə rəng qatın, stereotiplərdən qaçın, qəlibləşmiş ifadələr əvəzinə, daha az yayılmış sözlərə üstünlük verin.

Vaxtında çıxın

Səriştəsizliyi gec saatlaradək işləməkdən daha yaxşı heç nə izah edə bilməz. Özünə güvənən bir iş adamı ofisdən vaxtında çıxmağın və eyni zamanda iş yerinə vaxtında gəlməyin doğru olduğunu bilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan