Dövlət Neft Fondu gəlirlərini açıqlayıb
Dövlət Neft Fondu 01 aprel 2021-ci il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

Gəlirlər 2021-ci ilin ilk 3 ayında Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə açıqlanıb.
Gent.az xəbər verir ki, Dövlət Neft Fonduna 953 milyon 498 min ABŞ dolları daxil olub.
Fondun yaydığı məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) 29 milyon 166 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından 29 milyon 166 min ABŞ dolları gəlir əldə olunub.






