Rəşad Nəbiyevə yeni vəzifə verilib
Azərbaycan və Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Gent.az xəbər verir ki, sərəncama əsasən, komissiyanın həmsədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev olub.






