Bu barədə məktub CARİCOM-un baş katibi İrvin Laroka onlayn formatda təqdim edilib.
Gent.az xəbər verir ki, E.Poluxov bu təşkilatı regional təhlükəsizliyin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirilb, rəsmi Bakının bu proseslərə töhfə verməyinə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, CARİCOM Karib regionunu təmsil edən on beş tam və beş əlaqəli (associate) üzv dövlətdən ibarət olan bir təşkilatdır. Beliz, Surinam və Qayana istisna olmaqla digər üzv ölkələr ada ölkələrdir və təşkilat çərçivəsində bir sıra mühüm məsələlərdə birgə mövqedən çıxış edirlər.(Report)