Milyardlar qazanmaq üçün münbit olan 10 sahə

İşgüzaran3 dəq oxu
Milyardlar qazanmaq üçün münbit olan 10 sahə

Hələ 2013-cü ildə “Forbes” 400 milyardçı bu qədər pulu necə qazandıqları barədə sorğu aparıb. Məlum olub ki, onlardan 127-nə pul miras kimi çatıb, 273-ü isə zənginliyə öz zəhməti ilə çatıblar.

Milyardçıların əksəriyyəti bu var-dövləti eyni sahələrdə qazanıblar. Biz isə sizə bu sahələri təqdim edirik:

 1.İstehsalat

Kim nə deyirsə desin postsənaye dövründə istehsalat milyardların qazanılması üçün ən aktual sahədir. Bu sahənin nəhəngləri qismində İlon Maskı, Stiv Cobsu və Stiv Voznyakı qeyd etmək olar. 

 2.İdman 

Pandemiya səbəbindən bu sahə geriləsə də, hələ də asan şəkildə var-dövlət qazanmaq üçün əla sahə sayılır. “Nike”, “Reebok”, “Adidas” kimi brendlər buradan milyardlarla dollar əldə edib. 

 3.Əczaçılıq

Dünya dəyişsə də əczaçılıq ən gəlirli sahələrdən biri kimi qalacaq. Çünki o, birbaşa insanların sağlamlığı ilə bağlıdır. Və bildiyimiz kimi, hər bir adam həyatda qalmaq üçün son qəpiyindən belə keçməyə hazırdır. 

 4.Energetika

Buraya yanacaq növlərinin hasilatı, nəqli və həmçinin enerjidaşıyıcıların istehsalı daxildir. Məsələn, Səudiyyə Ərəbistanında yerləşən “Saudi Aramco” şirkətinin qiyməti 10 trilyon ABŞ dollarıdır. 

 5.Qida və içkilər

İnsanlar həmişə dadlı, lakin ucuz yemək axtarışındadır. Məhz bu səbəbdən milyardçılar siyahısında qida və içki hazırlayan şirkətlər durur. Dünyada ən məşhur McDonald’s restoranları buna sübutdur. Demək olar ki, dünyanın hər bir nöqtəsində ona rast gəlmək olar. Çin sakini Çjun Şanşan isə bir neçə ilə butilyasiya edilmiş su satmaqla 57 milyard ABŞ dollarının sahibi olyb. 

 6.Media

Media həmişə kimlərdənsə asılı olacaq və söz azadlığı – bir mifdir, çünki hər bir dərgi öz maraqların güdür və fikrini ortaya qoyur. Bu sahədə sürətlə var-dövlət qazanmağın bariz nümunəsi kimi “Netflix”-i göstərmək olar. 5 il öncə bir çox insan onu heç tanımırdı. Amma şirkət yalnız 2019-cu ildə 2 milyarda yaxın vəsait qazanıb. 

 7.Dəb

Bəzilərinə dəb və paltar sərgiləri mənasız kimi görsənə bilər. Lakin “Forever 21” şirkətinin baniləri Cin Suk və Do Von Çanq, həmçinin “Zara”nın təsisçidi Amansio Orteqa sizə etiraz edəcək. Məsələn sonuncun 2020-ci ildə var-dövləti 55,1 milyard ABŞ dollarına bərabər idi. 

 8.Daşınmaz əmlak

Təəcüblü olsa da, “Forbes”un müvafiq siyahısında yer alan milyardçıların bir çoxu məhz bu sahəni təmsil edir. Deyəsən onlar məşhur amerikalı yazıçı Mark Tvenin “Torpaq almaq lazımdır, çünki onu heç kim istehsal etmir” deyimi ilə tanışdır. Mütəxəssislərin iddialarına görə, 1975-ci ildən 2016-cı ilədək daşınmaz əmlak 16 dəfə bahalaşıb. 

 9.Texnologiyalar

Milyarder olmağın ən populyar sahələrindən biri də texnologiyalarla bağlıdır. Məhz bu kimi sahələrdə qısa müddət ərzində başdöndürən məbləğlərə sahib olmaq olar. Sadəcə bir neçə misal – “Google”, “Facebook”, “Telegram”. Düşünür ki, əlavə sözlərə ehtiyac yoxdur. 

 10.Sərmayələr

Sərmayə qoyuluşu bir çoxları üçün şübhəli gəlsə də, burdan da yaxşı pul “tutmaq olar”. Sərmayəni təklif edilən hər şeyə qoymaq mümkünür. Məsələn, əgər bu gün bir bitkoinin qiyməti 34 min ABŞ dolları tə.kil edirdisə, 10 il öncə bu göstərici bir dollara bərabər idi. Başqa sözlə əgər on il öncə siz bitkoinə 100 ABŞ dolları məbləğində sərmayə qoysaydınız, bu gün artıq milyonçu idiniz. Əsas odur ki, üzülməyin. Ən məsləhətlisi az miqdarda çoxlu yerə sərmayə yatırmaqdır. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan