“AccessBank”ın yeni siması müəyyənləşib.
Gent.az xəbər verir ki, tele-radio aparıcı Tural Yusifov bankın yeni siması seçilib. Aparıcı bankın reklam və marketinq kampaniyalarında iştirak edəcək. Artıq "AccessBank"ın nağd kredit kampaniyası ilə bağlı reklam çarxı müştərilərə təqdim edilib.
Bu, Yusifovun maliyyə sektorundakı ilk anlaşmasıdır. O, hazırda tele-radio aparıcı, həmçinin bloger kimi fəaliyyət göstərir.