İlon Mask artıq ultra zəngin deyil

Artıq planetdə heç kəsin sərvəti 200 milyard dollardan çox deyil.

İşgüzaran1 dəq oxu
İlon Mask artıq ultra zəngin deyil

Belə ki, İlon Maskın varidatı dünənki ticarət sessiyasından sonra daha 13,3 milyard dollar azalıb və o, ultra zəngin statusunu itirib.

Gent.az xəbər verir ki, "Bloomberg Billionaires Index"ə görə, "Tesla"nın sahibinin sərvəti hazırda 198,6 milyard dollardır.

Mask dörd gün dalbadal şirkət səhmlərinin düşməsi səbəbindən itkilərə məruz qalıb. Ukraynadakı vəziyyətlə əlaqədar dünya üzrə fond bazarlarının enişi fonunda milyarder küllli miqdarda zərər uğrayıb.

Ümumilikdə, ilin əvvəlindən Mask 71,7 milyard dollar itirib.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan