Məhz bu səbəbdən peşəkar iş adamları biznesə başladıqdan sonra biznes proseslərini avtomatlaşdırmaq üçün ERP sisteminin tətbiqinə keçid alırlar.
Bəs biznesin avtomatlaşdırılmasına hansı əlamətlərdən sonra başlamaq lazımdır?
Biznes ekspertlərinin sözlərinə görə, biznesin avtomatlaşdırılması barədə düşünən iş adamları bu məsələyə çox vaxt ayırmamaq üçün daha çox hazır həllərə üstünlük verirlər. Hazır həllər sayəsində onlar ERP sistemini biznes proseslərə deyil, biznes prosesləri ERP sisteminə uyğunlaşdırırlar. Bunun nəticəsində biznes vaxt və vəsait itkisinə uğrayır.
Gent.az xəbər verir ki, iş adamları düşünür ki, biznes sahibləri şirkətdaxili 7 əlamətdən birini müşahidə edərsə, biznesin avtomatlaşdırılmasına başlaya bilər. Gəlin onlara nəzər salaq.
İtirilmiş fürsətlər
Şirkət sahibi baş tutmuş sözləşmələri görür, lakin digər uğursuz bitmiş sözləşmələr və səbəblər barədə məlumatlı olmur. Sirr deyil ki, satışı şirkətlə ən azı 1 dəfə əlaqə qurmuş müştərilər ilə reallaşdırmaq daha asandır.
Nə? Harada? Nə vaxt?
Bu məşhur intellektual oyun barədə deyil, hər bir işçinin hansı işlə məşğul olması barədədir. Belə ki, şirkət rəhbəri adətən yalnız departament rəhbərləri ilə əlaqədə olduğu üçün ayrı-ayrı komanda üzvləri və onların effektivliyi barədə məlumata malik olmur.
Açar bir tərəfdə, qıfıl bir tərəfdə
Şirkətin vacib məlumatları, misal üçün, CRM - Müştərilər və onlarla əlaqə, müxtəlif proqramlarda və sistemlərdə saxlanılır və bir sistemdən digərinə manual qaydada köçürülür. Belə olan halda, bütün məlumatlar istənilən işçi tərəfindən istifadə edilə bilir, bu da öz növbəsində, şirkətə aid məlumatların üçüncü tərəflərə ötürülməsi ilə nəticələnir.
Vaxtında müdaxilə
Şirkətin müxtəlif fəaliyyəti üzrə hesabatlar operativ qaydada hazırlanmır. Məlumatlarlar müxtəlif sistemlərdə olduğu üçün, onların toplanılması çox qəliz məsələdir. Hesabatlar ən yaxşı halda ay ərzində 1-2 dəfə hazırlanır.
Bəs nədən başlamaq lazımdır?
Əgər bu əlamətlərdən hər hansını şirkətinizdə müşahidə edirsinizsə, o zaman Cubics Technology şirkətinin saytına daxil olub, saytda “Görüş al” düyməsini sıxın, Cubics Technology şirkəti tərəfindən hazırlanmış xüsusi sorğu blankında məlumatları doldurun. Bundan sonra şirkətin komandası ilə görüş keçirib, biznesin avtomatlaşdırılmasına başlayın.(marja.az)