Prezidentin köməkçisi təyin edilən Andrey Sipilin kimdir?

Xəbər verdiyimiz kimi, Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digə…

İşgüzaran1 dəq oxu
Prezidentin köməkçisi təyin edilən Andrey Sipilin kimdir?

Andrey Sipilin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Gent.az xəbər verir ki, bundan əvvəl isə - 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetini hüquq, Azərbaycan Dövlət İqtisad Universitetini isə biznes idarəetməsi və audit ixtisası üzrə bitirib.(qaynarinfo.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan