Kriptovalyuta bazarı hər gün gəlirli imkanlar yaradır, lakin bu işdə yeni olanların əksəriyyəti uğursuzluqdan başlayır.
Treydeyderlər bunun qarşısını almaq üçün öz təcrübələri və praktikaları ilə bölüşərək, uğurlu ticarətin əsas qaydalarını açıqlayırlar.
Tez-tez kriptovalyuta bazarında ticarəti kazino oyunları ilə müqayisə edirlər. Buna səbəb bitkoin (BTC) və digər elektron valyutaların kursunun olduqca dəyişkən olması, böyük oyunçuların manipulyasiya bacarığı və gözlənilməzlik elementidir. Bəzən tamamilə gözlənilməyən hadisələr səbəbindən qiymətlər qalxır və ya enir. Məsələn, ötən ilin oktyabr ayında Çinin blokçeyni dəstəkləyəcəyi barədə bəyanatından sonra BTC sutka ərzində 40% bahalaşıb.
Mütəxəssislər qeyd edir ki, bu sahədə fond bazarında mövcud olan qanun və prinsiplər hökm sürür, texniki təhlil işləyir. Bu da sabit şəkildə qazanmağa imkan verən uduşlu strategiya seçməyə yol açır. Lakin, tənzimləmə olmadığı səbəbindən kursla manipulyasiya riskini nəzərə almaq lazımdır.
Ələbəttə kriptovalyutaya uzunmüddətli məqsədlərl sərmayə yatırmaq olar, lakin hər dəfə “pul qoydum və qazandım” formulu tətbiq etmək olmur.
Nə etməli?
İlkin kapitalı itirmək riskini minimuma endirmək üçün hansı qaydalara riayət etmək və nə zaman yatırım etmək lazımdır?
Hər bir yeni işə başlayan treyder ilk növbədə xeyir qazanmağı unutmalı və bütün diqqətini pullarını itirməməyə cəmləşdirməlidir. Ticarət çətin işdir və nadir halda uğurdan başlayır. Buna görə də, işə yeni başlayanlara ilk növbədə ticari strategiya formalaşdırmaq: bazarın artımında və azalmasında içindən çıxa biləcək arzulanan aktivləri və qiymətləri müəyyənləşdirmək tövsiyyə edilir. Başqa sözlə, faktiki əməliyyatlara başlamazdan əvvəl öz formulunuzu tarixi məlumatlarla müqayisə etməyiniz yaxşı olar.
İlk növbədə ucuz qiymətə mümkün qədər çox kriptovalyuta almaq yolunu tapmaq lazımdır.
Vəsaitlərini birbaşa birjaya daxil edə və ya öncədən elektron portmonenizi doldura bilərsiniz.
Risklərin azaldılmasına yönələn variantlardan biri – kapitalı bir neçə hissəyə bölməkdir. Bütün məbləğlə ticarət etmək uğursuz əməliyyat nəticəsində onları bütövlüklə aktivlərdə “dondurmağa” apara bilər.
Bu təqdirdə ya itkiləri fiks etməli, ya da qiymətlərin bərpa edilməsini gözləməli olacaqsınız. Buna görə də bazarın hər gün verdiyi digər imkanları gözdən qaçırmaq riski ilə üzləşə bilərsiniz.
Kriptovalyuta bazarına qədəm qoyanlar üçün bir sıra məsləhət:
Ticarət edilən aktivi öyrənmək. Cədvəldə sevdiyiniz texniki təhlil fiqurlarını axtarmaq. Ola bilsin ki, onlar ticari strategiyann bir hissəsi olacaq.
Ticari terminalı – birjanın veb-saytını, smartfondakı tətbiqləri öyrənmək.
Ticari strategiya oluşdurmaq.
Ticari plan tərtib etməyi öyrənmək, əməliyyatlar zamanı edilən səhvləri vaxtında görmək üçün treyder gündəliyi aparmaq.
Kapitalı idarə etməyi öyrənmək və riskləri hesablamaq.
Qərarları müstəqil şəkildə vermək və intizama riayət etmək, edilən hərəkətlərə görə məsuliyyəti öz üzərinə götürmək.