Nazir iki rayona yeni rəis təyin edib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iki rayona yeni polis rəisi təyin edib.

İşgüzaran1 dəq oxu
Nazir iki rayona yeni rəis təyin edib

Nazirin əmri ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov işdən çıxarılıb.

Gent.az xəbər verir ki, onun digər əmri ilə o, Xətai Rayon Polis İdarəsinə rəis təyin edilib.

Digər təyinat isə uzun müddətdir boş qalan Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə olub. Nazirin əmri ilə Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov vəzifəsindən azad edilib.

O, Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.(qafqazinfo.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan